63 yaşlı şərurlu xalq pəhləvanının bir çox güc nömrələri, xüsusən də yüksək ağırlıqlıqları ən kiçik barmağı ilə ram etməsi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Pəhləvanın nail olduğu göstəricilərdən biri artıq rəsmi rekord kimi qeydə alınıb.
Əliyar Musayevin adı bu yaxınlarda Avropanın, MDB-nin və Rusiyanın rekordlar kitabına düşüb. Bundan başqa pəhləvan “Rusiya rekordlar kitabı”nın “Qızıl ulduz” nişanı ilə təltif olunub. Pəhləvan bu uğuru 22 avqust 2023-cü ildə Keşlə dəmir yolu stansiyasında ümumi çəkisi 71 ton 250 kq olan qatarı (3 vaqon) dartmasına əsasən qiymətləndirilib. Mükafatlar hər üç kitaba baş redaktorluq edən Aleksey Svistunov tərəfindən Moskva şəhərində təqdim olunub.
Xatırladaq ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Dəmiryol Vağzalının dəstəyi ilə Əliyar Musayevin pəhləvanlıq proqramı izlənilmişdi.